Əli Əkbər Salehi: “BMT baş katibi istəsə, İranın nüvə obyektlərinə baş çəkə bilər”
29 avqust 2012 11:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “BMT baş katibi Pan Gi Mun istədiyi təqdirdə, İranın nüvə obyektlərinə baş çəkə bilər”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.
O bildirib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak edəcək dünya liderləri İsfahan, Təbriz, Şiraz şəhərlərinə səfər etməklə yanaşı, İranın sənaye müəssisələrinə, fabriklərinə, elm və araşdırma mərkəzlərinə də baş çəkə biləcəklər.
Nazir prezident Mahmud Əhmədinejadın bu barədə təlimat verdiyini də açıqlayıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatının 2 günlük zirvə toplantısı sabah Tehranda başlayacaq.

Asiya
TSAXAL "İslami Cihad" qruplaşmasının rəhbərlərindən birini sıradan çıxarıb
11:29
18 may 2024
KİV: Qəzzada atəşkəs danışıqları dayandırılıb
08:47
18 may 2024
Əfqanıstanda atışma nəticəsində üç ispan vətəndaşı ölüb
08:35
18 may 2024
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
19:38
17 may 2024