Çində cari əməliyyatlar balansı 2026-cı ilin yanvar-mart aylarında 184,1 milyard dollar profisit verib.
APA xəbər verir ki, bu barədə ölkənin Xarici Valyuta üzrə Dövlət Administrasiyası (SAFE) məlumat yayıb.
Məlumata görə, ilk rübdə mal ticarətində 247,4 milyard dollar profisit, xidmətlər ticarətində 59,6 milyard dollar kəsir, investisiyalar üzrə 7,5 milyard dollar kəsir, cari transfertlər üzrə isə 3,9 milyard dollar profisit qeydə alınıb.
Qeyd edək ki, Çin 2025-ci ildə ümumilikdə 735 milyard dollar cari profisit əldə etmişdi.