Bank Of Baku

ABŞ pilotsuz təyyarəsi Yəməndə 5 «Əl-Qaidə» silahlısını məhv edib

ABŞ pilotsuz təyyarəsi Yəməndə 5 «Əl-Qaidə» silahlısını məhv edib
# 29 avqust 2012 23:48 (UTC +04:00)
Bakı-APA. Yəmənin cənub-şərqində bu gecə ABŞ pilotsuz təyyarəsi «Əl-Qaidə» terror şəbəkəsinin yerli bölməsinin 5 silahlısını məhv edib. Bu barədə APA Frans Press-ə istinadən məlumat verir.

Pilotsuz təyyarə silahlıların olduğu avtomobili raket zərbəsi ilə məhv edib.

«Əl-Qaidə»nin Yəmən bölməsi dünyada və bölgədə ən fəal qruplaşmalardan biridir. Silahlılar və Yəmən hökumət qoşunları arasında fəal döyüşlər 2011-ci ilin yazında başlayıb. Həmin zaman silahlılar Abyan əyalətinin bir neçə şəhərini ələ keçirə bilmişdilər. Bir sıra yaşayış məntəqələri hələ də onların nəzarəti altındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR