Bank Of Baku

İran SQ Baş qərargahının rəisi ABŞ-ı məhkəməyə verir

İran SQ Baş qərargahının rəisi ABŞ-ı məhkəməyə verir
# 30 avqust 2012 01:57 (UTC +04:00)
Bakı-APA. İran silahlı qüvvələrinin baş qərargahının rəisi general Həsən Firuzabadi ABŞ hökuməti əleyhinə məhkəmə iddiası qaldıracağını bildirib. Səbəb Firuzabadinin ABŞ-a daxil olması qadağan olunan şəxslər siyahısına salınmasıdır.

«Mən ABŞ maliyyə nazirliyinə qarşı məhkəmə iddiası qaldırmaq və Birləşmiş Ştatların insanı humanitar və milli maraqlara xidmət etdiyinə görə təqib etməsini sübut etmək istəyirəm. Mən ixtisasca həkiməm və ömrümün çox illərini elmi tədqiqatlar, həmçinin sülhə nail olunmasına həsr etmişəm. ABŞ bu gün əsassız və ədalətsiz hərəkətlərinə görə cavab verməlidir», deyə Həsən Firuzabadi bəyan edib.

Həsən Firuzabadiyə qarşı sanksiya ABŞ maliyyə nazirliyi tərəfindən ötən ilin dekabrında tətbiq edilib. Sanksiyaya əsasən, H.Firuzabadinin ABŞ-a daxil olması, həmçinin ABŞ banklarında vəsait saxlaması qadağandır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR