Bank Of Baku

Misir prezidenti: “BMT Təhlükəsizlik Şurasının quruluşunda dəyişikliyin edilməsinə ehtiyac var”

Misir prezidenti: “BMT Təhlükəsizlik Şurasının quruluşunda dəyişikliyin edilməsinə ehtiyac var”
# 30 avqust 2012 12:13 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Qoşulmama Hərəkatı bütün gücü ilə ortaq idarəçiliyə əsaslanan daimi sülhün təmin olunması üçün çalışmalıdır”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, bunu Misir prezidenti Məhəmməd Mursi Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, hərəkat qurulduğu gündən indiyədək əsas prinsiplərdən kənara çıxmayıb: “Qoşulmama Hərəkatı inkişaf etməkdə olan ölkələri dəstəkləyir, hərəkatın beynəlxalq aləmdə də aktiv rolu var”.

M. Mursi əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının quruluşunda dəyişikliyin edilməsinə ehtiyac var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR