Bank Of Baku

İranlı komandan: “ABŞ-ın bölgədəki hərbi bazaları 24 saat nəzarətimiz altındadır”

İranlı komandan: “ABŞ-ın bölgədəki hərbi bazaları 24 saat nəzarətimiz altındadır”
# 30 avqust 2012 12:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İran düşmənlərinin istənilən hücumuna peşman olacaqları qarşılığı verəcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Hava Hücumundan Müdafiə Qərargahının komandanı, general Abdullah Rəşadi deyib.

O bildirib ki, İran bölgədəki bütün hərbi bazalara nəzarət edir: “İranın hava sahəsinə daxil olan hər şey Havadan Müdafiə Qərargahı tərəfindən müəyyən edilir. ABŞ-ın bölgədəki hərbi bazaları 24 saat nəzarətimiz altındadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR