Bank Of Baku

BMT baş katibi: “İran və “altılıq” ölkələrinin bir-birini təhdid etməsi müharibə ilə nəticələnə bilər”

BMT baş katibi: “İran və “altılıq” ölkələrinin bir-birini təhdid etməsi müharibə ilə nəticələnə bilər”
# 30 avqust 2012 16:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “BMT dünyada bütün problemlərin həlli, o cümlədən müharibələrin dayandırılması üçün yardım etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu BMT baş katibi Pan Gi Mun Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısındakı çıxışı zamanı deyib. O bildirib ki, bütün xalqlar öz müqəddəratını özü təyin etmək arzusundadır: “Bildiyiniz kimi, Tunisdə, Liviyada və Yəməndə dəyişikliklər baş verdi. Hər xalq yaxşı həyatının və gələcəyinin olmasını istəyir. Biz hər hökumətdən gözləyirik ki, öz xalqının səsini dinləsin və insan haqlarını təmin etsin. Dünyanın bir çox yerində qadın haqları pozulur. Belə toplumlara yardım etməliyik ki, problemlərini həll etsinlər. Sudan məsələsindən də narahatam. Orada hələ də qan tökülməsinin qarşısını ala bilməyiblər. Müharibələr və münaqişələrin qarşısı alınmalıdır”.

P. G. Mun çıxışında Suriya məsələni də toxunub: “Suriya böhranı sadə bir etirazla başladı və qarşısı zorakılıqla alındı. Bunun nəticəsidir ki, orada vətəndaş müharibəsi hələ də davam edir”.

Baş katib İranın nüvə proqramı ilə bağlı da fikirlərini bölüşüb: “Atom silahının istehsalı gələcək üçün böyük təhlükədir. İran da bu məsələdə məsuliyyət daşımalı və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməlidir. Dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün İrandan bu məsələ ilə bağlı lazımi işləri görməsini, dünya ictimaiyyətinin etimadını qazanmasını istəyirik. Həmçinin İrandan xahiş edirik ki, “altılıq” ölkələri ilə əməkdaşlıq etsin. Hər iki tərəf də bir-biri ilə təhdid dili ilə danışmamalıdır. Bunun sonu müharibə ilə nəticələnə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR