Bank Of Baku

AEBA: “İranın 20 %-dək zənginləşdirilmiş uran ehtiyatı 189 kiloqrama çatıb”

AEBA: “İranın  20 %-dək zənginləşdirilmiş uran ehtiyatı 189 kiloqrama çatıb”
# 30 avqust 2012 23:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramı ilə bağlı yeni hesabat yayıb. APA-nın məlumatına görə, sənəddə bildirilib ki, İranın “Fordo” yeraltı nüvə obyektində uranı zənginləşdirmək üçün istifadə edilən sentrifuqaların sayı may ayı ilə müqayisədə 2 dəfə artırılıb: “Hazırda “Fordo” nüvə obyektində 2140 sentrifuqa var. Halbuki agentlik may ayında orada 1064 sentrifuqa qeydə alıb ki, onlardan yalnız 696-sı fəaliyyət göstərib. Əldə olan məlumatlara görə, yeni sentrifuqalardan hələlik istifadə edilmir. Uranın zənginləşdirilməsi təxminən əvvəlki sürətlə və 20 %-dək aparılır”. AEBA-nın hesabatına görə, 2010-cu ildən indiyədək İran 20%-dək zənginləşdirilmiş 189 kq uran əldə edib. Mayda isə bu rəqəm 145 kq olub. Lakin yeni sentrifuqaların işə salınması ilə uranın zənginləşdirilmə sürəti xeyli artırıla bilər. Bununla da 2013-cü ilin aprelinə qədər İran atom bombası istehsal etmək üçün lazım olan miqdarda zənginləşdirilmiş uran əldə edə bilər.
Qeyd edək ki, atom bombasının istehsalı üçün ən azı 80% zənginləşdirilmiş uran lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR