Bank Of Baku

Səudiyyə Ərəbistanı Misirə körpü çəkməyi planlaşdırır

Səudiyyə Ərəbistanı Misirə körpü çəkməyi planlaşdırır
# 31 avqust 2012 04:51 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanı Misirə 3 mlrd dollar dəyərində körpü çəkməyi planlaşdırır.

APA-nın El Həyat qəzetinə istinadən verdiyi xəbərə görə, gələn ayın sonunda bu proyektin detalları texnik komitədə müzakirə olunacaq. Misirin və Səudiyyə rəhbərliyinin fikrincə proyekt iki ölkə arasında iqtisadi və sosial əlaqələrin genişlənməsinə xidmət edəcək. Dəniz üzərindən salınacaq körpünün uzunluğu 32 kilometr olacaq. Körpü Misirin Şarm əl-Şeyx şəhərinin Ras Nasrani qəsəbəsindən Tiran boğazından keçərək Səudiyyə Ərəbistanın şimalındakı Tübuk şəhərini birləşdirəcək.

Misirin yeni hökuməti bildirib ki, Səudiyyə ilə hal hazırda 4,2 mlrd dollar olan ticarət dövriyyəsi iki il ərzində 13 mlrd dollara çata bilər. Eyni zamanda Misirdən Səudiyyəyə gedən zəvvarların sayı 300 mindən nəfərdən 1,2 milyona qədər çoxala bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR