Bank Of Baku

BMT sözçüsü qətlə yetirilən iranlı alimlərin ailələri ilə görüşüb

BMT sözçüsü qətlə yetirilən iranlı alimlərin ailələri ilə görüşüb
# 31 avqust 2012 08:24 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “İranlı alimlərə qarşı törədilən sui-qəsdləri qınayırıq”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranda səfərdə olan BMT baş katibinin sözçüsu Martin Nesirki deyib. O, qətlə yetirilən nüvə alimlərinin ailələri ilə görüşərək onların suallarını cavablandırıb. M. Nesirki bildirib ki, dünyanın hansı ölkəsində törədilməsindən asılı olmayaraq BMT bu cür terror aktlarını qətiyyətlə pisləyir. O, ailələrin sözlərini BMT baş katibi Pan Gi Muna çatdıracağını da deyib.

Qeyd edək ki, BMT baş katibi Pan Gi Mun Qoşulmama Hərəkatına üzv ölkələrin Tehranda keçirilən XVI zirvə toplantısında iştirak etmək üçün İranda səfərdədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR