Bank Of Baku

Hələbdə törədilən partlayışlarda ən azı 30 nəfər ölüb

Hələbdə törədilən partlayışlarda ən azı 30 nəfər ölüb
# 03 oktyabr 2012 10:26 (UTC +04:00)
APA-nın məlumatına görə, ilk iki partlayış şəhər meydanında, Zabitlər Klubunun qarşısında baş verib. Dövlət televiziyası şəhərdə terrorçular tərəfindən üç partlayışın törədildiyini bildirir. Yerli kütləvi informasiya vasitələri isə partlayışlarda ən azı 30 nəfərin öldüyü, 32 nəfərin yaralandığı barədə məlumat yayıb.

Qeyd edək ki, hökumət qoşunları iki aydan artıqdır ki, ölkənin iqtisadi paytaxtı olan Hələbdə müxalifətin silahlı müqavimətini qıra bilmir. Şəhərin 75 faizi müxalifətin nəzarətindədir, burada 18 min silahlı müxalifin olduğunu təxmin edilir. Hələbin 2,5 milyon nəfər əhalisi var. Şəhərə nəzarət həm hökumət, həm müxalifət üçün strateji əhəmiyyət kəsb edir, müxalifət ötən həftə şəhər uğrunda həlledici döyüşlərin başladığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR