Bank Of Baku

Tehranda hökumət əleyhinə aksiyada 150 nəfər həbs edilib

Tehranda hökumət əleyhinə aksiyada 150 nəfər həbs edilib
# 04 oktyabr 2012 12:28 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran paytaxtında dünən keçirilmiş kütləvi etiraz aksiyasında 150 nəfər həbs edilib. APA-nın HRANA-ya istinadən verdiyi məlumata görə, həbs edilənlərin kimliyi hələlik açıqlanmayıb. Aksiya iştirakçıları ilə polis arasında yaranan qarşıdurmalarda Tehranın Böyük Bazarında bir neçə mağazaya ziyan dəydiyi, nümayişçilərdən yaralananlar olduğu bildirilir. İran mətbuatında polisin müdaxiləsi ilə sona çatan aksiyanın ABŞ-ın təsiri ilə baş verdiyi xəbərləri də yayılıb.

Qeyd edək ki, oktyabrın 3-də Tehranda hökumət əleyhinə kütləvi etiraz aksiyası keçirilib. Paytaxtın ən böyük bazarlarından olan Tehran Böyük Bazarında ticarətlə məşğul olan şəxslər İranda iqtisadi vəziyyətin ağırlaşmasına, xarici valyutanın bahalaşmasına etiraz edib, “Xalqı aldadan dövlətə ölüm olsun!”, “Xain Mahmud, bizi avara etdin!”, “Mahmud həya et, siyasətdən get” kimi şüarlar səsləndiriblər.

Aksiyaya müdaxilə edən polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR