Bank Of Baku

İranın birinci vitse-prezidenti Türkiyədə səfərdədir

İranın birinci vitse-prezidenti Türkiyədə səfərdədir
# 05 oktyabr 2012 08:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi Türkiyədə səfərdədir.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, M.Rəhiminin Türkiyəyə ikigünlük rəsmi səfəri bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

Səfərdə məqsəd iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsidir. Bununla bağlı İranla Türkiyə arasında bəzi sənədlər də imzalanacaq. İran nümayəndə heyətinə mədən, sənaye və ticarət, yollar və şəhərsalma, neft və ədliyyə nazirləri, Mərkəzi Bankın sədri, Qərbi Azərbaycan vilayətinin valisi və digər şəxslər daxildir.

M.Rəhimi jurnalistlərə açıqlamasında bildirib ki, bəzi əngəllərin aradan qaldırılması ilə yaxın günlərdə İranla Türkiyə arasında ticarət həcmi 30 mlrd. dolları ötəcək: “Elə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşümüzdə də iki ölkənin ticarət əlaqələrində ortaya çıxan bəzi prosedurların və maneələrin aradan qaldırılması mövzusunu görüşəcəyik”.

Ankara və Tehran arasında müxtəlif sahələrdə çox yaxşı əlaqələr olduğuna toxunan M.Rəhimi deyib ki, İranla Türkiyənin mövqeyində bəzi siyasi məsələlərlə fikir ayrılıqları var: “Ancaq iki ölkənin uzlaşdıqları başqa məsələlər də var. Bütün sahələrdə əlaqələrin sürətlə inkişaf etdirilməsi uyğun zəminin yaradılmasını tələb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR