Bank Of Baku

Əhmədinejad: “Heç kəs Suriya xalqının müqəddəratını təyin edə bilməz”

Əhmədinejad: “Heç kəs Suriya xalqının müqəddəratını təyin edə bilməz”
# 05 oktyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Suriyadakı qarşıdurmaların yeganə həll yolu milli uzlaşmadır”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bu fikirləri İran prezidenti Mahmud Əhmədinejad “əl-Cəzirə” telekanalına açıqlamasında deyib.

O bildirib ki, xaricdən heç kəs Suriya xalqının müqəddəratını təyin edə bilməz: “Suriya böhranında irəliləyişin əldə olunması çox vacibdir. Hər birimiz bu ölkədə milli uzlaşmanın təmin edilməsinə görə məsuliyyət daşıyırıq. İran hər zaman ədalətli və azad seçkilərin keçirilməsinin tərəfdarı olub. Digər ölkələrdə olduğu kimi, Suriyada da islahatların aparılmasına ehtiyac var”.

İran prezidenti deyib ki, Suriyadakı böhranın həlli üçün iki fikir var: “Bəziləri problemlərin hərbi yolla həllinə inanır və bunun üçün də Suriya müxalifətini silahlandırır. Bu yolla qısa zaman ərzində uğur əldə edilə bilər. Lakin uzun müddətdə əks nəticə verəcək. Çünki heç bir yerdə hərbi yolla hakimiyyəti əldə etmək olmaz. İkinci fikrin tərəfdarları isə həll yolunun milli uzlaşma olduğuna inanır. Bu yol Suriyanın bu günü və gəlcəyi üçün daha faydalıdır”. M.Əhmədinejad əlavə edib ki, İran və Suriya arasında tarixi əlaqələr var: “Bəziləri İranın Suriyanın müqəddəratını təyin etdiyini düşünür. Bu yanlış fikirdir. Çünki İranın belə bir məqsədi yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR