Bank Of Baku

İranla İraq arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

İranla İraq arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb
# 05 oktyabr 2012 11:53 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranla İraq arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

APA-nın məlumatına görə, saziş İranın müdafiə naziri, general-polkovnik Əhməd Vəhidi ilə İraqın müdafiə naziri Sadun əl-Duleymi arasında bağlanıb.

Sənədin detalları barədə ətraflı məlumat verilməyib. Ancaq hər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın artırılmasını özündə ehtiva edən müqavilənin bölgədə sülh və sabitliyin təmin edilməsi üçün faydalı olacağı və digər sahələrdəki əməkdaşlığın güclənməsinə də yardımçı olacağı vurğulanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR