Bank Of Baku

Azad Suriya Ordusu 48 iranlı girovu sərbəst buraxmaq üçün İran hökuməti qarşısında şərt qoyub

Azad Suriya Ordusu 48 iranlı girovu sərbəst buraxmaq üçün İran hökuməti qarşısında şərt qoyub
# 05 oktyabr 2012 22:09 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Azad Suriya Ordusu Suriyada iki aydan çoxdur girov saxladığı 48 İran vətəndaşının yeni video görüntüsünü nümayiş etdirib. APA-nın məlumatına görə, video görüntüdə Azad Suriya Ordusu yeni tələblərini səsləndirib. Belə ki, Azad Suriya Ordusu məsələ ilə bağlı İranla müzakirə masasına oturmağa hazır olduğunu və iranlı girovların sərbəst buraxılması üçün Bəşər Əsəd hökumətinin zindanlarında olan hərbçilərinin dəyişdirilməsini istədiklərini bəyan edib. Ancaq İran və Suriya hökumətinin mübadiləyə müsbət yanaşmaması səbəbindən müzakirələrin müvəffəqiyyətsizliklə nəticələndiyini açıqlayıb. Video görüntünün sonunda 48 saat ərzində Suriya həbsxanalarında olan Azad Suriya Ordusunun hərbçilərinin sərbəst buraxılmadığı və Bəşər Əsəd hakimiyyətinin mülki vətəndaşların yaşadığı bölgələri bombalamağa davam etdiyi təqdirdə, həlak olan hər bir suriyalı üçün bir iranlı girovun edam ediləcəyi vurğulanıb.
Qeyd edək ki, avqustun 4-də Suriyanın paytaxtı Dəməşq şəhərində 48 iranlı zəvvar qaçırılıb. Onlardan birinin əfqan olduğu bildirilir. Qaçırılan zəvvarlardan bəzilərinin İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) üzvləri olduğu vurğulanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR