Bank Of Baku

Əli Əkbər Salehi: “İran uranın zənginləşdirilməsini könüllü şəkildə məhdudlaşdırıla bilər”

Əli Əkbər Salehi: “İran uranın zənginləşdirilməsini könüllü şəkildə məhdudlaşdırıla bilər”
# 09 oktyabr 2012 08:50 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran tələbləri yerinə yetirildiyi təqdirdə, könüllü şəkildə uranın zənginləşdirilməsini məhdudlaşdırıla bilər. Bu da uranın zənginləşdirilməsi haqqının rəsmi şəkildə tanınması və ölkənin nüvə obyektlərinin lazımi yanacaqla təmin olunması istəkləridir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Əli Əkbər Salehi Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran nüvə müzakirələrinin müvəffəqiyyətlə nəticələnəcəyinə ümidlidir. Ə. Salehi İranın nüvə fəaliyyətinin sülh məqsədli olduğunu və hərbi mahiyyət daşıdığına dair heç bir dəlil tapılmadığını deyib.

İranın xarici siyasət idarəsinin rəhbəri həmçinin vurğulayıb ki, hər hansı bir səhv addım Suriyadakı böhranı daha da dərinləşdirəcək: “NATO-nun Suriya üzərində uçuşa qadağan zonası yaratması vəziyyəti daha kritik və dəhşətli hala salacaq. Suriya prezidenti Bəşər Əsəd ölkəsinin mövcud böhranı müvəffəqiyyətlə aşacağından əmindir Əsəd bölgə və ya dünya üçün təhlükəli şəxsiyyət deyil”.

Onun sözlərinə görə, Suriyanın 500 min nəfərlik ordusu var və ona görə də İranın hərbi yardımına heç ehtiyacı yoxdur: “İran Suriyaya silah satışını bu ölkədə vətəndaş qarşıdurması başlamamışdan əvvəl həyata keçirib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR