Bank Of Baku

Salehi: “İrana qarşı hərbi müdaxiləyə cəhd edən cavabını alacaq”

Salehi: “İrana qarşı hərbi müdaxiləyə cəhd edən cavabını alacaq”
# 10 oktyabr 2012 10:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın xarici işlər naziri Əli Əkbər Salehi İsrailə xəbərdarlıq edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, Ə.Salehi İsrailin ölkəsinə qarşı səsləndirdiyi təhdidlərə toxunaraq “İrana qarşı hərbi müdaxiləyə cəhd edən ağır şəkildə cavabını alacaq” deyib.

İranın xarici siyasət idarəsinin rəhbəri həmçinin son günlər Türkiyə ilə Suriya arasında yaşanan gərginliyə də münasibət bildirib: “Türkiyənin Suriyaya hücum etməsi ən çox Dəməşq rəhbərliyinə qarşı döyüşən silahlı qrupların işinə yarayacaq. Həmin silahlı qruplar da Suriyada sülhün təmin olunması üçün sərf edilən beynəlxalq səyləri təsirsiz hala gətirməyə çalışır və bu ölkədəki vətəndaş müharibəsini qızışdırmaq istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR