Bank Of Baku

Ayətullah Xamneyi: “İranın Böyük Britaniya ilə bağlı pis xatirələri var”

Ayətullah Xamneyi: “İranın Böyük Britaniya ilə bağlı pis xatirələri var”
# 11 oktyabr 2012 09:05 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İrana qarşı sanksiyalar 1979-cu il inqilabının ilk illərindən tətbiq olunmağa başlayıb. Ancaq bu gün düşmənlər sanksiya məsələsini ölkəmizin nüvə proqramı ilə əlaqələndirirlər. Bu, tamamilə yalandır. Çünki sanksiya tətbiq ediləndə İranın nüvə fəaliyyətləri olmayıb”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın ali dini lideri, ayətullah Əli Xamneyi ölkənin şimal-şərqindəki Şimal Xorasan vilayətinin mərkəzi Bocnurd şəhərində əhali qarşısında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, İranın nüvə fəaliyyətlərindən vaz keçəcəyi təqdirdə, Qərb dövlətlərinin sanksiyaları aradan qaldıracağı iddiası yalandır: “Onların bu kimi yanaşmaları məntiqsizdir. Bu iqtisadi müharibənin qalibi İran xalqı olacaq”.

Ayətullah Xamneyi deyib ki, İran Fransa, İtaliya və İspaniyadan heç bir pislik görməyib: “Ancaq İranın Böyük Britaniya ilə bağlı pis xatirələri var və bu ölkəni xəbis hesab edirəm. Ümumiyyətlə, ABŞ-ın yolu ilə gedən avropalılar İran xalqının gözündə mənfur olacaq”.

İranın ali dini lideri ölkədəki mövcud iqtisadi vəziyyətə də toxunub: “Günahı bir-birinizin üzərinə atmayın. Ölkənin iqtisadi vəziyyəti ilə bağlı hər kəs öz məsuliyyətini dərk etməlidir”. Ayətullah Xamneyi milli valyutanın devalvasiyasında Qərbi günahlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR