Bank Of Baku

Suriya XİN Türkiyədən bu ölkəyə məxsus yükün qaytarılmasını tələb edir

Suriya XİN Türkiyədən bu ölkəyə məxsus yükün qaytarılmasını tələb edir
# 11 oktyabr 2012 14:24 (UTC +04:00)
Bakı – APA. Suriya Xarici İşlər Nazirliyi Ankarada bu ölkəyə məxsus sərnişin təyyarəsindən götürülmüş yükün qaytarılmasını tələb edib.

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, XİN-in yaydığı açıqlamada Türkiyə müsadirə olunmuş əşyaları tam həcmdə və salamat halda qaytarmağa çağırılır.

Qeyd edək ki, oktyabrın 10-da Rusiyanın “Vnukovo” hava limanından qalxan Suriyaya məxsus sərnişin təyyarəsindən Ankarada “döyüş sursatları ilə dolu” olan 10 qutu aşkarlanıb. Türkiyə XİN-in yaydığı açıqlamaya görə, bu sursatın sərnişin təyyarələrində daşınması qadağandır. Yükün qeyri-leqal olması onun müsadirə olunması üçün əsas verib, təyyarə isə yoluna davam edib.

Maraqlıdır ki, müsadirə olunmuş əşyaların nədən ibarət olduğunu nə rəsmi Dəməşq, nə də Ankara açıqlayır. Rusiya isə bu əşyaların silah olmadığını bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR