Bank Of Baku

İsraildə erkən parlament seçkiləri 2013-cü ilin yanvarında keçiriləcək

İsraildə erkən parlament seçkiləri 2013-cü ilin yanvarında keçiriləcək
# 11 oktyabr 2012 17:53 (UTC +04:00)
Bakı-APA. İsrail hökuməti erkən parlament seçkilərinin tarixini təyin edib. APA-nın məlumatına görə, bu barədə «Ediot Axronot» qəzeti yazıb.

Məlumata əsasən, yeni seçkilər 2013-cü il yanvarın 22-də keçiriləcək.

İsrail baş naziri Benyamin Netanyahu oktyabrın 9-da Knessetin buraxılması və erkən parlament seçkilərinin təyin olunmasını elan etmişdi. Bu addımı baş nazir hazırkı hökumət koalisiyasının büdcə ilə bağlı razılığa gələ bilməməsi səbəbindən atmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR