Bank Of Baku

İran parlamenti daş-qalaq hökmünü İslam cəza qanunları siyahısından çıxarıb

İran parlamenti daş-qalaq hökmünü İslam cəza qanunları siyahısından çıxarıb
# 12 oktyabr 2012 10:51 (UTC +04:00)
APA-nın İLNA-ya istinadən verdiyi məlumata görə, bu barədə hüquq komissiyasının sədri Allahyar Məlikşahi açıqlama verib. O bildirib ki, qanun İran Konstitusiya Şurası tərəfindən təsdiq ediləndən sonra qüvvəyə minəcək: “Qanun layihəsi şuraya göndərilib və sənədlərdə 50 nöqsan aşkar edilib. Odur ki, Konstitusiya Şurası layihədə göstərilən nöqsanların bir həftə ərzində aradan qaldırılması və təkrar quruma təqdim edilməsi üçün parlamentə qaytarıb. Yeni qanun layihəsində daş-qalaq hökmü çıxarılıb. Lakin bu o demək deyil ki, bu cəza daha tətbiq edilməyəcək. Dağ-qalaq İslam fiqhində var və hakim zina edən şəxsə fiqhə əsaslanaraq bu cəzanı verə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR