İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 216 nəfər vəfat edib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, İranda koronavirusdan ölənlərin sayı 15700 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2333 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 291172 nəfərə çatıb.