İranın Fars əyalətində zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, yeraltı təkanlar Fars əyalətinin Fəraşbənd bölgəsində 4.3 bal gücündə olub.
Zəlzələnin episentri yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.