Bank Of Baku

İsraildə koronavirusa yoluxanların sayı 50 mini keçib

İsraildə koronavirusa yoluxanların sayı 50 mini keçib
# 19 iyul 2020 23:50 (UTC +04:00)

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 831 nəfər artaraq ümumilikdə 50 035-ə çatıb. Həmçinin eyni diaqnozdan 9 nəfər ölüb, ölənlərin ümumi sayı 409 olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 28 037 koronaviruslu xəstə var, onlardan 254 nəfəri ağır vəziyyətdədir, daha 70 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 21 589 nəfər müalicə olunaraq sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR