Livanın Ümumi Təhlükəsizlik Xidmətinin rəhbəri general Abbas İbrahim Beyrut limanında baş vermiş partlayışın pirotexnika anbarında qeydə alınması versiyasını təkzib edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bunun uzun müddət ərazidə saxlanılan digər partlayıcı maddələr olduğunu bildirib.
“Baş verənlər pirotexnika partlaması deyil, uzun müddət ərazidə saxlanılan digər partlamağa qadir maddələrdir”, - təhlükəsizlik xidmətinin rəhbəri belə deyib.