Livanın Baş Naziri Hassan Diab istefa vermək niyyətindədir.
APA-nın “Al-Arabiya”ya istinadən verdiyi xəbər görə, Baş Nazir H. Diab bu barədə Prezident Mişel Aounu məlumatlandırdığını bildirib.
Qeyd edək ki, yanvarda formalaşan yeni Nazirlər Kabinetinin atıq 3 naziri - İnformasiya, Ədliyyə və Ətraf Mühit nazirləri istefa verib. Maliyyə naziri də istefasını təqdim edəcəyini bildirib.