Tonqa Krallığının Sakit Okean sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Ocağı 10 km dərinlikdə yerləşən zəlzələnin episentri Vavau adasında yerləşən Neiafu şəhərindən 72 km cənub-şərqdə qeydə alınıb.
Sunami təhlükəsi barədə məlumat verilməyib.