Bank Of Baku

Abbas Əraqçinin impiçmenti ilə bağlı layihə İran parlamentində qeydiyyata alınıb

İran XİN rəhbəri Abbas Əraqçi

© APA | İran XİN rəhbəri Abbas Əraqçi

# 06 oktyabr 2026 13:45 (UTC +04:00)

İranın xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı layihə parlamentdə qeydə alınıb.

Yerli medianın xəbərinə görə, bu barədə İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi bildirib.

Onun sözlərinə görə, parlament üzvlərindən biri impiçment layihəsini qeydiyyata alıb, amma məsələ rəyasət heyətinə yönləndirilməyib.

Qeyd edək ki, Əraqçi BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı ABŞ tərəfi ilə icazəsiz olaraq vasitəçilər yolu ilə danışıqlar aparmaqda ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR