Paşha Bank
Bank Of Baku

WSJ: Ağ Ev ABŞ nazirinin televiziyaya çıxışına qadağa qoyub

ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mallin

© APA | ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mallin

# 22 noyabr 2026 03:42 (UTC +04:00)

Ağ Ev ABŞ-ın daxili təhlükəsizlik naziri Markueyn Mallinin televiziya kanallarına müsahibə verməsini məhdudlaşdırıb.

“The Wall Street Journal” (WSJ) qəzetinin mənbələrə istinadən məlumatına görə, müvafiq göstərişi Ağ Ev administrasiyasının rəsmisi Stiven Miller verib.

Buna nazirin son dövrlərdə ABŞ-da baş verən bəzi texniki nasazlıqların süni intellekt texnologiyaları ilə əlaqəli ola biləcəyini söyləməsi səbəb olub.

Qeyd edək ki, son vaxtlar ABŞ-ın bir sıra dövlət qurumları və iri şirkətləri kompüter şəbəkələrində nasazlıqlarla üzləşib.

Ötən həftə Federal Aviasiya Administrasiyası hava hərəkətinin idarə edilməsi mərkəzlərində rabitə problemləri səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan artıq müddətə dayandırıb.

Nasazlıqlar Milli Təhlükəsizlik Agentliyinə, “Microsoft” şirkətinə və “JPMorgan Chase” bankına da təsir göstərib.

Noyabrın 16-da “Fox News” telekanalına müsahibəsində Mallin bəzi texniki problemlərin süni intellektdən istifadə ilə bağlı ola biləcəyini ehtimal edib.

WSJ-nin məlumatına görə, bundan sonra Stiven Miller nazirdən televiziya efirlərinə çıxmamağı tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR