Bank Of Baku

ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq

ABŞ-ın energetika naziri: Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin işi bir neçə günə bərpa olunacaq
# 15 sentyabr 2026 22:40 (UTC +04:00)

Səudiyyə Ərəbistanında “Şərq-Qərb” neft kəmərinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyi gözlənilir.

Bunu ABŞ energetika naziri Kris Rayt CNBC telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, neft kəmərinin çox yaxın zamanda yenidən işlədiyini görəcəksiniz. Bu, qısamüddətli fasilə olacaq”, – nazir deyib.

Kəmərin fəaliyyətinin bərpasının mümkün müddəti barədə suala cavab verən Rayt söhbətin bir neçə gündən getdiyini bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı bu müddətdə “Şərq-Qərb” kəməri ilə nəql edilməyən neftin ABŞ hərbçilərinin müşayiəti ilə Hörmüz boğazından daşınması üçün operativ tədbirlər görür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR