ABŞ İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Gilan vilayətindəki dəniz qüvvələrinin qərargahını hədəfə alıb.
APA-nın Tehran bürosunun məlumatına görə, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Gilan vilayətinin Zibakənar şəhərində yerləşən dəniz qüvvələrinin qərargahına raket zərbəsi endirib.
Gilan vilayətinin administrasiyasının məlumatına əsasən, hücum bu gün səhər saatlarında baş verib. Nəticədə kompleksdə yerləşən avadanlıqların bir hissəsinə ziyan dəyib.
Bildirilib ki, indiyədək insan tələfatı ilə bağlı məlumat daxil olmayıb. Hadisənin bütün halları üzrə araşdırma aparılır.