Bank Of Baku

AEBA İranın nüvə obyektlərini yoxlamaq istəyir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi

© APA | Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi

# 20 dekabr 2025 15:28 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərinin təhlükəli və əlçatmaz olması ilə bağlı Tehranın iddialarını yoxlamaq üçün onlara baxış keçirmək istəyir.

APA xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi “RİA Novosti”yə müsahibəsində deyib.

O qeyd edib ki, İran “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi” çərçivəsində bu obyektlərə girişi təmin etməyə borcludur.

Qrossi bu məsələ ilə bağlı danışıqlarda müəyyən irəliləyiş əldə etməyə ümid edir. O bildirib ki, İranın ABŞ-ın iyun ayında vurduğu üç nüvə obyektindən daha çox nüvə obyekti var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR