Bank Of Baku

Ağ Ev: İran beş amerikalını ev dustaqlığına buraxıb - YENİLƏNİB

Ağ Ev: İran beş amerikalını ev dustaqlığına buraxıb - YENİLƏNİB
# 10 avqust 2023 22:50 (UTC +04:00)

Ağ Ev İranın beş amerikalını ev dustaqlığına buraxdığını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Uaatson bildirib.

“Biz İranın haqsız yerə həbs edilmiş beş amerikalını azad etdiyi və onları ev dustaqlığına buraxdığı barədə məlumat aldıq. Bu ümidverici addım olsa da ABŞ vətəndaşları - Siamək Namazi, Murad Təhbaz, Emad Şərqi və hazırda adının açıqlanmasını istəməyən iki amerikalı ilk növbədə heç vaxt həbs edilməməli idi. Biz onların vəziyyətini mümkün qədər yaxından izləməyə davam edəcəyik. Təbii ki, onların hamısı ABŞ-ə qayıdana qədər biz işləri davam etdirəcəyik”, - deyə o bildirib.

“New York Times” ABŞ-nin həbsdə olan amerikalıları azad etmək üçün İranla razılaşma əldə etdiyini bildirib.

Məlumata görə, İranın humanitar məqsədlər üçün 6 milyard dollar əldə etməsi və ABŞ-nin bir neçə iranlı məhbusu azad etməsi müqabilində beş amerikalı məhbusun İranı tərk etməsinə icazə veriləcək.

İki ildən çox davam edən danışıqlardan sonra əldə olunan razılaşmanın ilk addımı kimi İran beş amerikalını ev dustaqlığına buraxıb.

Azad edilən məhbusların hamısı əsassız casusluq ittihamı ilə həbs edilib.

Onlar Siamək Namazi , Emad Şərqi, Murad Təhbaz və adları açıqlanmayan daha iki nəfərdir. Adı açıqlanmayan amerikalılardan biri alim, digəri isə biznesmendir.

Siamək Namazinin vəkili “New York Times”a bildirib ki, adları çəkilən üç məhbus və daha bir nəfər cümə axşamı İranın Evin həbsxanasından Tehrandakı bir hotelə köçürülüb. Digər məhbus - amerikalı qadın isə daha əvvəl ev dustaqlığına buraxılıb.

Namazinin vəkili bildirib ki, amerikalılar İran rəsmiləri tərəfindən mühafizə altında qalacaqlar. Onun sözlərinə görə, beş ABŞ məhbusu təyyarəyə minməyə icazə verilənə qədər bir neçə həftə Tehrandakı hoteldə saxlanılacaq.

***

Saat 20:53

İranda həbsdə olan dörd amerikalı Evin həbsxanasından azad edilib və hazırda ev dustaqlığındadır.

APA xəbər verir ki, bu barədə məhbuslardan birinin vəkili CNN-ə məlumat verib.

Qeyd edilib ki, İranda haqsız yerə həbs edilən dörd amerikalı - Siamək Namazi, Emad Şərqi, Murad Təhbaz və adı açıqlanmayan amerikalı Evin həbsxanasından azad edilib və hazırda ev dustaqlığındadırlar.

Bildirilib ki, bu onların tezliklə həbsdən azad ola biləcəyinə işarədir.

Onların İran rəsmiləri tərəfindən mühafizə altında bir hoteldə saxlanılacaqları gözlənilir.

Vəkilin sözlərinə görə, bu addım mühüm inkişafdır. Lakin onlar İrandan çıxana qədər həddindən artıq optimist olmamaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR