Bank Of Baku

Aİ İordaniya üçün 902 mln. avro dəyərində yardım paketini elan edib

Aİ İordaniya üçün 902 mln. avro dəyərində yardım paketini elan edib
# 07 noyabr 2023 15:06 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Brüsseldə keçirilən müzakirələrdə son hadisələr və "İordaniyanın vacib sabitləşdirici rol oynadığı regionda münaqişənin genişlənməsinin qarşısının alınması zərurətinə diqqət yetirilib".

Qeyd olunub ki, Ursula von der Leyen Avropa Komissiyasının İordaniya üçün 902 milyon avro dəyərində (402 milyon avro qrant və 500 milyon avro Avropa İnvestisiya Bankı tərəfindən kredit şəklində) Aİ dəstək paketini də elan edib.

Ursula von der Leyen "X" hesabında paylaşımında İordaniyanı vacib tərəfdaş adlandırıb: "İordaniya Aİ-nin dəyərli və strateji tərəfdaşıdır. Biz İordaniyanın modernləşmə səylərini dəstəkləyirik", - von der Leyen qeyd edib.

Xatırladaq ki, İordaniya Kralı Brüsseldə səfərdədir. O, NATO Baş katibi və Aİ rəsmiləri ilə görüşlər keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR