Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Almaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
# 08 avqust 2022 17:04 (UTC +04:00)

Almaniya səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Tehran bürosu xəbər verir ki, buna Hamburq şəhərində az sayda şəxsin Quranı və islam müqəddəslərini təhqir etməsi səbəb olub.

İran XİN Tasua günü edilən hərəkəti pisləyərək bunu nifrət, zorakılıq və ekstremizmin bariz nümunəsi hesab etdiyini bildirib.

“İran Almaniya hökumətinin bu məsələdə məsuliyyət daşıdığını hesab edir və bu hücumun səbəbkarlarına qarşı qəti addımların atılmasını tələb edir”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR