Bank Of Baku

Baş nazir: Yaponiya ABŞ-la nüvə silahına birgə sahib olmaq prinsipini tanımır

Fumio Kişida

© APA | Fumio Kişida

# 15 fevral 2023 10:35 (UTC +04:00)

Yaponiya nüvə silahının istifadəsi ilə bağlı ABŞ-ın qəbul etdiyi qərarlarda iştirak etməyi planlaşdırmır.

APA xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida ölkə parlamentinin aşağı palatasının büdcə komissiyasının iclasında bildirib.

“Yaponiya hökuməti ABŞ nüvə silahlarına birgə sahib olma prinsipini tanımır, onların yerləşdirilməsi və istifadəsi ilə bağlı qərarların qəbulunda iştirak etmək iddiasında deyil”, - deyə Baş nazir bildirib.

Xatırladaq ki, Yaponiya 1971-ci ildən təsdiqlənmiş qərara əsasən, nüvə silahına sahib olmaq, istehsal etmək və ərazisinə yerləşdirməkdən imtina edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR