Bank Of Baku

BƏƏ Türkiyə və Suriyaya 1375 ton yardım göndərib

Humanitar yardım

© APA | Humanitar yardım

# 15 fevral 2023 11:58 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə indiyə qədər 60 təyyarə reysi ilə yardım göndərib.

APA xəbər verir ki, bu barədə BƏƏ-nin “Emirates News Agency - WAM” agentliyi məlumat yayıb.

Ölkənin rəsmi agentliyinin məlumatına əsasən, BƏƏ Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə humanitar yardımı davam etdirir.

Bildirilib ki, bu ilin 7 fevralından etibarən BƏƏ Müdafiə Nazirliyi zəlzələ baş verən ərazilərə 30-u Türkiyə, 30-u Suriya olmaqla 60 təyyarə yardım göndərib. Hava yolu ilə göndərilən 1375 ton humanitar yardım ərzaq, tibbi ləvazimatlar və çadırlardan ibarət olub.

Həmçinin əlavə olunub ki, təbii fəlakət bölgəsində çalışan BƏƏ axtarış-xilasetmə qrupu Fransa komandası ilə birlikdə 2 gənci dağıntılar altından xilas edə bilib və onlar hazırda axtarış-xilasetmə işlərini davam etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR