İordaniyada ərəb ölkələrinin xarici işlər nazirləri və ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüş keçirilir.
APA xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda İordaniyanın paytaxtı Əmmanda Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərin xarici işlər nazirlərinin, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin katibinin və ABŞ dövlət katibinin iştirakı ilə görüş keçirilir.
XİN rəhbərləri İsrail və HAMAS arasında davam edən müharibə və Qəzzadakı vəziyyəti müzakirə edirlər.