Bu gün BMT-nin insan haqları üzrə ali komissarı Volker Türkün Yaxın Şərqə beş günlük səfəri başlayır.
APA xəbər verir ki, bu barədə BMT rəsmisinin ofisi məlumat yayıb. Bildirilib ki, o, bu gün Qahirəyə səfər edəcək. Sabah Rəfah keçidinə və noyabrın 9-da isə İordaniyanın paytaxtı Əmmana səfərə gedəcək.
Qeyd olunub ki, Volker Türk İsrailin HAMAS ilə müharibəsi fonunda baş verən insan haqlarının pozulması hallarını müzakirə etmək üçün rəsmilərlə görüşəcək.
"Qətliam, aralıqsız acı, qan tökülməsi, dağıntı, qəzəb və ümidsizliklə dolu bir ay oldu. Bu gərginliyin kökündə insan hüquqlarının pozulması dayanır və eyni zamanda insan hüquqları bu ağrıların girdabından çıxış yolu tapmaqda əsas rol oynayır", - Volker Türk bəyanatında bildirib.