Bank Of Baku

CCTV: Si Cinpinin ABŞ-yə dövlət səfəri uğurla başa çatıb

Çin Xalq Respublikasının lideri Si Cinpin

© APA | Çin Xalq Respublikasının lideri Si Cinpin

# 26 sentyabr 2026 01:55 (UTC +04:00)

Çin Sədri Si Cinpinin ABŞ-yə dövlət səfəri başa çatıb.

Çinin CCTV telekanalı səfərin uğurla yekunlaşdığını bildirib.

Məlumata görə, Si Cinpinin ABŞ Prezidenti Donald Trampla birgə iştirak etdiyi tədbirlər başa çatdıqdan sonra Çin liderinin korteji hava limanına yola düşüb. Marşrut boyunca yerli Çin diasporunun nümayəndələri və çinli tələbələr Si Cinpini yola salıblar.

CCTV-nin məlumatına görə, hava limanında Çin liderinin şərəfinə 21 yaylım artilleriya atəşi açılıb.

Si Cinpin Vaşinqtonda Trampa müraciəti zamanı da səfərin “son dərəcə uğurlu” keçdiyini və həyat yoldaşı Pen Liyuanla birlikdə səfərdən çox məmnun qaldıqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR