Bank Of Baku

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birləşməyin yolunu açıqlayıb

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birləşməyin yolunu açıqlayıb
# 03 iyul 2025 09:13 (UTC +04:00)

Koreya Respublikası sülh yolu ilə birləşməyə çalışmalıdır, Cənubi və Şimali Koreyalar öz milli kimliklərini qoruyub saxlasalar, “yüz illər keçsə də birləşə bilərlər”.

APA TASS-a istinadən xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Li Jae-Myunq bildirib.

O bildirib ki, Koreya Respublikasının konstitusiyasında da sülh yolu ilə birləşməyə vurğu var. Onun sözlərinə görə Şimali Koreyanı “udmaq” cəhdi böyük itkilərə səbəb ola bilər.

"Mümkün olduqda, bir-birimizin varlığını etiraf etməli və qarşılıqlı faydalı bir yol tutmalıyıq" - deyə Prezident vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR