Paşha Bank
Bank Of Baku

“Bloomberg”: Fransa, Almaniya və Böyük Britaniya Rusiya ilə görüş keçirməyi müzakirə edir

“Bloomberg”: Fransa, Almaniya və Böyük Britaniya Rusiya ilə görüş keçirməyi müzakirə edir
# 19 noyabr 2026 19:17 (UTC +04:00)

Fransa, Almaniya və Böyük Britaniya nümayəndələri Moskva ilə mümkün görüşün təşkili məsələsini müzakirə edirlər.

Bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan üç ölkədən birinin milli təhlükəsizlik üzrə müşaviri bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakovla danışıqlar aparıb. Söhbət mümkün görüşün təşkilindən gedib. Uşakov görüşün Moskvada keçirilməsini təklif edib.

Rusiya Prezidenti Vladimir Putin də noyabrın 19-da Avropa nümayəndələrinin Moskvaya dəvət edildiyini təsdiqləyib. Putin bildirib ki, Moskva Avropanın Ukraynada sülh danışıqlarına dair mövqeyini aydınlaşdırmaq istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR