Paşha Bank
Bank Of Baku

Rusiya müdafiə nazirinin sabiq müavini 10 il müddətinə azadlıqdan məhrum edilib

Ruslan Tsalikov

© APA | Ruslan Tsalikov

# 19 noyabr 2026 18:08 (UTC +04:00)

Rusiya müdafiə nazirinin sabiq birinci müavini Ruslan Tsalikov 10 il müddətinə azadlıqdan məhrum edilib.

“İnterfaks”ın məlumatına görə, Moskvanın Zamoskvoretski rayon məhkəməsi Tsalikovu korrupsiya, külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasında təqsirli bilib, ona 500 milyon rubl məbləğində cərimə kəsilib.

Məhkəmə qərarına əsasən, Tsalikov azadlığa çıxdıqdan sonra 15 il ərzində dövlət qulluğu ilə əlaqəli vəzifələrdə çalışa bilməyəcək. O, həmçinin, dövlət mükafatlarından və birinci dərəcəli həqiqi dövlət müşaviri rütbəsindən məhrum edilib.

Məhkəmə Müdafiə Nazirliyinin mülki iddiasını da təmin edərək Tsalikovdan 6,5 milyard rublun tutulmasına qərar verib. O, 12 mənimsəmə, çirkli pulların yuyulması və iki rüşvət alma epizodu üzrə təqsirli bilinib.

Tsalikov məhkəmə zalında həbs edilib. O, indiyədək ev dustaqlığında olub.

Tsalikov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Ruslan Tsalikov 2015–2024-cü illərdə Rusiyanın müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb. İstintaqın versiyasına görə, cinayət işi 2017–2024-cü illərdə “Voentorq” şirkəti vasitəsilə hərbi qulluqçuların geyim və digər əşya təminatı zamanı dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlıdır. İş üzrə ziyanın ümumi məbləğinin 6,6 milyard rubldan çox olduğu bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR