Cənubi Koreyada baş vermiş avtobus qəzası nəticəsində 33 nəfər israilli turist xəsarət alıb.
APA “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.
Nazirlikdən qeyd olunub ki, onların arasında təxminən 10 nəfərin vəziyyəti orta ağır qiymətləndirilib.