Bank Of Baku

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb - YENİLƏNİB

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb - YENİLƏNİB
# 03 iyun 2025 15:46 (UTC +04:00)

Cənubi Koreyada növbədənkənar prezident seçkiləri başa çatıb.

APA xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

"Exit-poll"un nəticələrinə görə, seçkilərdə müxalif Demokratik Birləşmiş Partiyasının namizədi Li Jae-Munq liderlik edir.

Debatlar zamanı o, Rusiya və Çinə qarşı hədsiz düşmənçiliyə qarşı çıxıb, ABŞ-la ittifaqı Seulun xarici siyasətinin əsası adlandırıb.

***

10:23

Bu gün Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilir.

APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

Seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılıb və axşam saat 20:00-da bağlanacaq.

Prezidentliyə namizədlər sırasında ən böyük müxalif partiya - Demokratik Partiyanı təmsil edən Li Jae-myung, hakim Xalq Gücü Partiyasının namizədi Kim Mun-Soo, Yeni İslahat Partiyasından Li Cun-Suk, Demokratik Fəhlə Partiyasından Kvon Yonq-quk, eləcə də müstəqil namizədlər – keçmiş Baş nazir Hvanq Kyo-ahn və iş adamı Jin Ho Son yer alır.

Milli Seçki Komissiyasının məlumatına əsasən, yerli vaxtla saat 11:00-a əsasən seçici fəallığı 18,2 faiz təşkil edib və artıq 8 milyondan çox seçici səs verib.

Qeyd edək ki, növbədənkənar seçkilər keçmiş prezident Yoon Suk-Yeolun dekabrın 3-də ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdindən sonra, dekabrın 14-də impiçment elan edilməsinə görə keçirilir.

Bu, 1948-ci ildən bəri Cənubi Koreyada keçirilən 21-ci prezident seçkisidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR