Bank Of Baku

Cənubi Koreyanın Tokiodakı səfirliyi partlayış təhlükəsi ilə bağlı məktub alıb

Cənubi Koreyanın Tokiodakı səfirliyi partlayış təhlükəsi ilə bağlı məktub alıb
# 14 avqust 2023 13:19 (UTC +04:00)

Cənubi Koreyanın Yaponiyanın paytaxtı Tokio şəhərindəki səfirliyinə binanın partladılması hədəsi ilə bağlı məktub göndərilib.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata əsasən, məktubu yazan şəxs avtomatik tərcümə xidmətindən istifadə edib, lakin mümkün terror aktının təxmini vaxtı göstərilməyib.

Qeyd edək ki, 15 avqust tarixində Koreya Respublikası Yaponiyanın müstəmləkə idarəçiliyindən (1910-1945) Qurtuluş Gününü qeyd edir.

Səfirlik Yaponiya hakimiyyətinə diplomatik missiyanın mühafizəsinin gücləndirilməsi ilə bağlı müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR