Bank Of Baku

DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb

DSMF sədri Gürcüstan Sosial Xidmət Agentliyinin direktoru ilə görüşüb
# 26 iyun 2026 16:30 (UTC +04:00)

Gürcüstanın Tbilisi şəhərində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Gürcüstanın Sosial Xidmət Agentliyinin (SXA) direktoru Giorgi Çanturia ilə görüşüb.

Bu barədə APA-ya DSMF-dən məlumat verilib.

Bildirilib ki, görüşdə DSMF ilə SXA arasında 2024-cü ildə Tbilisidə imzalanmış Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun, eləcə də sözügedən memorandumun tətbiqinə dair 2025-ci ildə Bakı şəhərində imzalanmış Tədbirlər Planının əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, pensiya-sığorta sahəsində təcrübə mübadiləsi, xidmətlərin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması üzrə birgə fəaliyyətin davam etdirilməsinin sosial müdafiə sistemlərinin daha səmərəli təşkilinə töhfə verə biləcəyi bildirilib.

Daha sonra Zəka Mirzəyev son iki ildə Azərbaycanda sosial sığorta və pensiya sahəsində aparılan islahatlar, sosial xidmətlərin rəqəmsallaşdırılması və proaktiv qaydada göstərilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR