Çin İsrailin Livanın cənubundakı bir kəndə hava zərbəsi endirməsindən dərin narahat olduğunu və mülki əhaliyə zərər vuran hər cür hərəkəti pislədiyini bildirib.
APA xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien gündəlik mətbuat konfransında İsrailin Livanın cənubuna hücumu ilə bağlı sualı cavablandırıb.
Sözügedən hücumdan dərin narahatlıq keçirdiklərini vurğulayan Lin, tərəflərə gərginliyin qarşısını almaq üçün təmkinli olmağa çağırıb.
Sözçü Lin Çinin mülki şəxslərə zərər vuran istənilən hərəkəti pislədiyini deyib.