Çin Ukraynadakı müharibə ilə bağlı Qlobal Cənubu təmsil edən ölkələrlə danışıqlar aparacaq.
APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Avropa Məsələləri üzrə Departamentinin direktoru Vanq Lutonq "X" hesabında bildirib.
"Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna üzrə məkik diplomatiyasının 4-cü raunduna başlayır. O, Qlobal Cənubun üzvləri ilə fikir mübadiləsi aparmaq və sülh danışıqlarının bərpası istiqamətində şərtlər üçün Braziliya, Cənubi Afrika və İndoneziyaya səfər edəcək", - o paylaşımında qeyd edib.